Kateqoriyasız

Bundesliqa bitdi: Almaniyada ÇL-ə vəsiqə qazanan, aşağı liqaya düşən və Bundesliqaya yüksələn komandalar bəlli oldu – NƏTİCƏLƏR

Almaniya Bundesliqasında son turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, sonuncu tur Çempionlar Liqasında mübarizə aparacaq daha bir klubun və aşağı liqaya yuvarlanacaq komandaların adına aydınlıq gətirib.

Leverkuzen “Bayer”i “Verder”i çətinliklə məğlub edərək ÇL-ə vəsiqə qazanıb. Beləliklə, Almaniyanı qitənin ən nüfuzlu klub turnirində “Bavariya”, “Borussiya”, “Şalke” və “Bayer” təmsil edəcək. 

Aşağı liqaya düşən komandalar isə “Nürnberq” və “Braunşveyq” oldu. “Hamburq” isə Bundesliqa 2-nin üçüncüsü “Qröyter” ilə “play-off” matçında qarşılaşacaq. 

İkinci liqadan Bundesliqaya yüksələn komandalar isə “Köln” və “Paderborn” oldu. “Qröyter” isə “Hamburq”la “play-off” matçında münasibətlərə aydınlıq gətirəcək.

“Auqsburq” – “Ayntraxt” 2:1

“Bayer” – “Verder” 2:1

“Bavariya” – “Ştutqart” 1:0

“Hannover” – “Frayburq” 3:2

“Herta” – “Borussiya” 0:4

“Hoffenhaym” – “Braunşveyq” 3:1

“Maynz” – “Hamburq” 3:2

“Şalke” – “Nürnberq” – 4:1

“Volfsburq” – “Borussiya Münhenladbak” 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43