Dünyadan

“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi məlum olub. 

İdmanxeber.com-un məlumatına görə, komandanı Mutlu Topçuoğlu çalışdıracaq.

Klub rəhbərliyi bir neçə həftə əvvəl Hamza Hamzaoğlunu istefaya göndərmişdi. Onun gedişindən sonra bir sıra mütəxəssis bu posta namizəd göstərilirdi. Onlar arasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də var idi. Hətta klub nümayəndələri Bakıya gələrək mütəxəssisin meneceri ilə də danışıq aparmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43