Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Həlledici görüşdə “Mançester Siti”nin rəqibi “Çelsi” – Real” matçının güclüsü olub.
İlk matçda səfərdə 1:1 hesablı heç-heçə edən London klubu doğma meydanda 2 cavabsız qolla qələbə qazanmaqla finala yüksəlib.
Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)
5 may
23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:0
Qollar: Verner, 28, Mount, 85
İlk oyun – 1:1