Dünya futbolu

“Çelsi”də stabillik yoxdur” – Lempard

“Çelsi”nin baş məşqçisi Frank Lempard yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin çalışdırıcısı klubda stabilliyin olmamasını bildirib. O, davamlı baş məşqçi dəyişikliyinin “Çelsi”yə zərər verdiyini açıqlayıb:

“Uzun müddətdir bu klubun bir parçasıyam. “Çelsi”də stabillik yoxdur, əsas problem buradan başlayır. Klubun davamlılığa ehtiyacı var, mən belə düşünürəm”

“Çelsi” bütün yarışlarda keçirdiyi son 5 matçda məğlub olub. Komanda sonuncu dəfə martda Premyer Liqanın 27-ci turunda “Lester”ə qarşı (3:1) qalib gəlib. “Zadəganlar” turnir cədvəlində 12-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43