Kateqoriyasız

Çempionlar Liqası: “Borussiya” qalib gəldi, “Mançester Yunayted” uduzdu – YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, günün ilk qarşılaşması Rusiyada keçiriləcək. "Zenit" öz meydanında Dortmund "Borussiya"sını qonaq edəcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Digər dueldə isə "Olimpiakos" "Mançester Yunayted"lə üz-üzə gələcək. Bu oyun isə 23:45-də başlayacaq. 

Qeyd edək ki, 1/8 final mərhələsinin son iki oyunu sabah axşam keçiriləcək.

25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

21:00. "Zenit" (Rusiya) – "Borussiya" (Dortmund, Almaniya) 2:4
Qollar: Şatov, 58, Halk, 69 (pen) // Mixtaryan, 4, Roys, 5, Levandovski, 61, 71

23:45. "Olimpiakos" (Yunanıstan) – "Mançester Yunayted" (İngiltərə) 2:0

Qol: Dominges, 38, Kembel, 55

26 fevral

23:45. "Qalatasaray" (Türkiyə) – "Çelsi" (İngiltərə)

23:45. "Şalke" (Almaniya) – "Real" (Madrid, İspaniya)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43