Dünya futbolu

Çempionlar Liqası: iki oyunda 10 qol – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk gündə iki oyun keçirilib.

“Real” “Mançester Siti” ilə (3:3),  “Arsenal” isə “Bavariya”yla heç-heçə edib.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:3
Qollar: 
Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71.

Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:2
Qollar: 
Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.).

Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43