Dünya futbolu

Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə sözügedən mərhələlərdə üz-üzə gələcək cütlüklər müəyyənləşib.

12-15 avqust

1/4 final

“Mançester Siti” (İngiltərə) / “Real Madrid” (İspaniya) cütünün qalibi – “Yuventus” (İtaliya) / “Lion” (Fransa) cütünün qalibi

“Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

“Barselona” (İspaniya) / “Napoli” (İtaliya) cütünün qalibi – “Bavariya” (Almaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi

“Atalanta” (İtaliya) – PSJ (Fransa)

18-19 avqust

Yarımfinal

1 cütünün qalibi – 3 cütünün qalibi

2 cütünün qalibi – 4 cütünün qalibi

1/8 finalın təxirə salınan cavab matlarınçında “Mançester Siti” “Real”ı (ilk oyun -2:1), “Yuventus” “Lion”u (ilk oyun – 0:1), “Barselona” “Napoli”ni (ilk oyun 1:1), “Bavariya” isə “Çelsi”ni (ilk oyun -3:0) qəbul edəcək.

Qeyd edək ki, 1/8 finalın cavab matçları meydan sahiblərinin meydanında, 1/4 finaldan etibarən bir görüşdən ibarət olacaq oyunlar isə Portuqaliyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43