Dünyadan

Çempionluğu əlindən alındı, 10 il avrokuboklardan kənarlaşdırıldı – UEFA-dan tarixi cəza

UEFA Albaniyanın “Skenderbeu” klubunu sərt şəkildə cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, bir zaman “Neftçi”ni də Çempionlar Liqasında kənarlaşdırmış Korçe təmsilçisi adı danışılmış oyunlarda hallandığı üçün bu cəzadan qaça bilməyib.

UEFA İcraiyyə Komitəsi 50-dən çox danışılmış oyunlarda adı hallanan Albaniya təmsilçisini 10 il avrokuboklardan uzaqlaşdırıb və 1 milyon avro cərimə edib. Bununla yanaşı, “Skenderbeu”nun 2015/16 mövsümündəki çempionluğu rəsmən əlindən alınıb.

Bu, eyni zamanda UEFA-nın bi kluba ən ağır cəza verməsi kimi diqqət çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43