Dünyadan

Cengiz Ünder “Barselona”ya qarşı oynayacaq?

İtaliyanın “Roma” klubunun türkiyəli futbolçusu Cengiz Ünder “canavarlar”ın  heyətindən çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb 22 yaşlı futbolçunun Türkiyə millisinin heyətində zədələnməsi olub. Yüngül zədəsi olan Cengizi riskə atmaq istəməyən “Roma”nın məşqçilər korpusu “Bolonya” ilə baş tutacaq qarşılaşmanı buraxmalı olacaq. Ona ÇL-də “Barselona” ilə oyuna kimi istirahət verilib.

Böyük ehtimalla türkiyəli futbolçu aprelin 4-də “Barsa”ya qarşı oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43