Ölkə futbolu

“Cüzi səhvlər “Qarabağ”a ciddi problem yarada bilər”

“Hamının gözlədiyi kimi mən də “Qarabağ”dan qələbə gözləyirəm. Komandamız bu gün maksimum diqqətli olmalıdır. Cüzi səhvlər ciddi problem yarada bilər. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedəcək və “Qarabağ” daha bir tarix yazacaq”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı sabiq futbolçu Samir Musayev “Qarabağ” – “Hekken” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Rəqibin qrupda xalının olub-olmamasını düşünmək lazım deyil. Bu barədə fikriləşmək olmaz. Biz ancaq qələbə barədə düşünməliyik. Heç bir uğur asan qazanılmır. Qurban Qurbanov bu səviyyədə çox oyunlar keçirib. Komanda həmişə öz oyununu göstərməyə çalışır. Alınıb-alınmamağı rəqibin gücündən asılı olaraq dəyişə bilər. Amma Qurbanov bu gün necə oynamalı olduğumuzu yaxşı bilir. Əsas məqsəd qrupdan çıxmaqdı, “Qarabağ”ın bunu bacara biləcəyini düşünürəm”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43