İdman

DÇ-2018: Azərbaycan vətəndaşlarına nə qədər bilet satılıb?

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

İdmanxeber.com saytının məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq, FİFA-nın mətbuat xidmətindən açıqlama verilib.

Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali fubol qurumundan 500 bilet əldə ediblər. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43