İdman

DÇ 2018-in ən möhtəşəm qolları: Millimizə vurulan qol da var – VİDEO

 

UEFA DÇ-2018-in seçmə mərhələsinin ən gözəl qollarını seçib.

İdmanxeber.com-un məlumatına görə, siyahıda Azərbaycan yığmasının heç bir qolu yoxdu.

Əvəzində komandamızın məyus olduğu qollardan biri ən gözəllər arasında yer alıb. Belə ki, seçmə mərhələnin son turunda Almaniya millisinin yarımmüdafiəçisi Əmrə Canın qolu ən yaxşı “onluğ”a salınıb. Oktyabrın 8-də Kayzerslauterndə keçirilən görüş almanların 5:1 hesablı qələbəsi ilə nəticələnib və Türkiyə əsilli oyunçu matçda son nöqtəni qoyub. Onun uzaq məsafədən vurduğu qüvvətli zərbə zamanı topun qapıdan keçməsində yığmamızın qapıçısı Kamran Ağayevin səhvinin də rolu olub.

Siyahıda Sebastian Rudinin (Almaniya) Şimali İrlandiyaya, Kostas Mitroğlunun (Yunanıstan) Cəbəllütariqə, Markus Berqin (İsveç) Hollandiyaya, Qafurcan Suyumbayevin (Qazaxıstan) Danimarkaya, Aleks Martinesin (Andorra) İsveçrəyə, Pavel Savitskinin (Belarus) Bolqarıstana, Olivye Jirunun (Fransa) İsveçə, Aksel Vitselin (Belçika) Cəbəllütariqə, Aleksandr Rinqin (Finlandiya) İslandiyaya vurduğu qol da var.

 

Qeyd edək ki, seçmə mərhələnin C qrupunda 5-ci yeri tutan Azərbaycan millisi 10 oyunda 10 qol vurub, 19 dəfə özü mərkəzə dəvət olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43