Dünyadan

Di Marianın atası üsyan etdi: “Oğlumu aldadıblar”

İspaniyanın “Real” klubundan ayrılıb “Mançester Yunayted”ə keçən Anxel Di Mariyanın atası Migel oğlunun Premyer Liqa klubuna transferi haqda maraqlı fikirlər səsləndirib.

İdmanxeber.com-un məlumatına görə, atası oğlu barədə bunları dilə gətirib:

“Real”da Anxelin əməyini heç vaxt layiqli şəkildə qiymətləndirməyiblər. Onlar sanki oğlumu komandada görmək istəmirdilər. Hər dəfə onun mövqeyinə oyunçu alınırdı. Qaret Beylin transferi buna sübutdu.

“Real”da oğluma söz verilən məbləği ödəmədilər. Madrid klubuna keçərkən ona müəyyən məbləğ deyilsə də, sonradan yalnız yarısını ala bildik. Onlar Anxelə heç vaxt 6 milyon avro illik məvacib təklif etməyiblər.

Son aldığımız təklif  5 milyon idi. Daha əvvəl isə o, bundan 1,5 milyon az qazanırdı. İndi Anxel “Mançester Yunayted”də xoşbəxtdi. Burada ona layiq olduğu dəyəri verirlər. Madrid klubu aparıcı futbolçusunu itirdi. Anxel istənilən anda istənilən oyunun taleyini dəyişməyə qadir futbolçudu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43