İdman

Donald Gerye İtaliya çempionatına transferi haqda: “Getmirəm”

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Idmanxeber.com-un məlumatına görə, Haiti millisinin üzvü özünün “İnstaqram” səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. O, Ağdam klubunda qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. “Qarabağ”dan getmirəm”.

Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Onun A seriyası klublarından biri ilə razılığa gəlmək üzrə olduğu bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43