Dünya futbolu

Donnarumma “Milan”dan gedir

Canluici Donnarumma “Milan”la yeni müqavilə imzalamayacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qırmızı-qaralar”ın baş direktoru Marko Fassone bildirib ki, 18 yaşlı qapıçı komandayla müqaviləni uzatmaq niyyətində deyil.

İtaliya millisinin üzvünün agenti Mino Rayola yekun qərar verdiklərini və “Milan”la müqavilə bağlamaq fikirlərinin olmadığını bildirib.

Donnaruma hazırki müqaviləsinə görə illik 250 min avro maaş alır. “Milan” qolkiperə ildə 4,5 milyon avroluq əmək haqqı təklif etsə də, danışıqlar müsbət nəticələnməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43