Müsahibə

Edvard Yordanesku: “Onlar hər zaman oyunun taleyini dəyişəcək futbolçulardı”

Sabah Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Zirə” Rumıniyanın “Astra” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün komandaların oyun öncəsi mətbuat konfransı keçirilib. Öncə jurnalistlər qarşısına çıxan “Astra”nın baş məşqçisi Edvard Yordanesku sabahkı oyun haqqında fikirlərini bidirərək, sualları cavablandırıb:

– Bildiyiniz kimi sabah 2-ci  təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Məşqlərimizi davam etdiririk. Bütün fikrimizi qalib gəlib növbəti mərhələyə yüksəlməyə yönəltmişik. Baxmayaraq ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişik, ancaq yenə də qələbə haqda düşünürük. İlk oyunda daha yaxşı oynayıb, cütün taleyini həll edə bilərdik. 3:1 hesablı qələbə bizim növbəti mərhələyə yüksələcəyimizə zəmanət vermir. “Zirə”nin “Differdanj”la oyununu izləmişəm və görmüşəm ki, komanda ev oyunlarda daha yaxşı oynayır. Sadə, aqressiv oynayaraq, daha çox qol imkanları yaratmağa çalışır.

Yayda komandamızdan 16 futbolçu gedib. Çoxlu gənc, uyğunlaşa bilməyən futbolçularımız var.

– İlk oyunda 3:1 hesabı ilə qalib gələn “Astra” sabah müdafiədən oynayacaq, yoxsa açıq futbol göstərəcək?

– Bunu yəqin ki, sabah görəcəksiniz. Hələlik bu haqda danışmaq istəmirəm. Müdafiədə oturmaqdansa, hücumameyilli oyuna üstünlük verirəm. Ümid edirəm ki, sabah da belə olacaq. Təbii ki, 2 qolun üstünlüyünü qorumaq üçün müdafiədə də diqqətli olmalıyıq.

– Bu oyunda hakimlər briqadası Gürcüstandandır. Bunun sizin oyununa təsiri olacağını düşünürsünüzmü?

– Bu təyinatları məntiqli sayıram. Buna UEFA qərar verir. Belə turnirdə hakimlərin ədalətsizliyindən söhbət gedə bilməz.

– “Zirə”ni komanda şəkilində izah etdiniz. Bəs, komanda şəklində ən təhlükəli futbolçu kimi hesab edirsiz?

– Hər zaman komandama rəqibin həm zəif, həm də güclü nöqtələrini çatdırmağa çalışıram. Artıq komandanın güclü və zəif nöqtələrini komandama izah etmişik və sabah bundan istifadə edəcəyik. Bütün bunlara baxmayaraq, sabah meydanda öz oyunumuzu sərgiləcəyik. “Zirə”nin heyətində hücumameyilli Belfort, Manqal, Orxan Əliyev və Qadzeni xüsusilə vurğulayardım. Onlar hər zaman oyunun taleyini dəyişəcək futbolçulardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43