Kateqoriyasız

El-Şaaravi: “Azərbaycanla oyunda bunu bacarsaq, üç xalı qazanacağımızdan əminəm”

İtaliya millisinin futbolçusu Stefan El Şaaravi "Avro-2016"nın seçmə mərhələsində millimizlə oyun öncəs açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, "Milan"ın şərəfini qoruyan forvard millimizlə oyunun onlar üçün əhəmiyyətli olduğunu bildirib:

"Azərbaycanla oyun bizim üçün çox əhəmiyyətlidir. Qazanacağımız qələbə bizi Avropa çempionatının final mərhələsinə bir addım da yaxınlaşdıracaq. Əgər Azərbaycanla oyunun əvvəllərində diqqətli olsaq, üç xalı qazanacağımızdan əminəm".

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da, saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43