Kateqoriyasız

Elgiz Abbasov PFL-in texniki-idman direktoru təyin olundu

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi davam edir.

İdmanxeber.az xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən qurumun Texniki-İdman şöbəsi ləğv olunub. Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olunub.

2008-ci ildən futbol sahəsində çalışan Abbasov 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Məlumat üçün bildirək ki, yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43