Dünya futbolu

Emenike yenidən Rusiyaya qayıdır

“Fənərbaxça”nın hücumçusu Emmanuel Emenike mövsüm sonunda komandadan ayrılmaq niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, nigeriyalı futbolçu artıq yeni klub axtarışlarına başlayıb. Türkə mətbuatının yaydığı xəbərə görə, o, yenidən Rusiyaya qayıda bilər.

Xatırladaq ki, 29 yaşlı futbolçu 2011-2013-cü illərdə Rusiya “Spartak”ında çıxış edib.

Meneceri Ərdəm Konyana yenidən Rusiya klublarına keçmək istədiyini bildirən Emenike artıq bir neçə komanda ilə danışıqlara başlayıb.

Qeyd edək ki, cari mövsüm “Fənərbaxça” formasıyla Superliqada 10 oyun keçirən futbolçu 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43