Kateqoriyasız

Ermənilər Çempionlar Liqası matçında təxribata əl atdı

Ermənistanın “Pünik” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə Serbiyanın  “Srvena Zvezda” klubunu qəbul edib. Ev sahibi azarkeşlər bu oyunda təxribata əl atıblar. Erməni fanatlar stadionda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.

Qeyd edək ki, “Pünik” ilk oyunda 0:5, cavab görüşündə isə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. “Srvena Zvezda” isı iki görüşdə rəqibinin qapısıda 7 qol vuraraq Çempionlar Liiqasının pley-off mərhələsinə yüksəlib.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43