Kateqoriyasız

“Fənərbağça”nın ulduzu “Liverpul” yolunda

“Fənərbağça”nın futbolçusu Caner Erkin karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “Mirror” nəşri yazəb.

“Beşiktaş”la oynanan derbi matçında (2:0) özünü yaxşı tərəfdən göstərən Caner Erkin ingilis skautların diqqətini cəlb edib. Əslində, “Liverpul”un çalışdırıcısı Kloppun tapşırığı ilə İsmayıl Köybaşını izləmək üçün İstanbula gələn skautlar Erkinin performansını bəyənib.

Hər iki futbolçu mövsüm sonuna qədər “Liverpul”un diqqət mərkəzində olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43