Dünyadan

Florentino Perezdən təcili tədbir: kimlər gedib, kimlər qalacaq?

"Real"ın prezidenti Florentina Perez komandasının İspaniya Liqasının 12-ci turunda evdə əzəli rəqibi "Barselona"ya böyük hesabla uduzması ilə bağlı bu gün mətbuat konfransı keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Perezin tədbirdə baş məşqçi Rafael Benitesin komandadakı gələcək taleyi ilə bağlı önəmli açıqlamalar verəcəyi gözlənilir.

Komanda daxilində baş verənlərə aydınlıq gətirmək məqsədilə Perez bu gün, Bakı vaxtı ilə saat 23:30-da jurnalistlər önünə çıxacağını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43