Kateqoriyasız

Fransada Hafiz Məmmədovu “vuran” sayt ermənilərin çıxdı

Hafiz Məmmədovun Fransanın “Lans” klubunu almasından sonra bu ölkənin “DailyNord” nəşri az qala hər gün bu məqama toxunur. Toxunmağı bir kənara, hər dəfə  Hafiz Məmmədovdan böhtan xarakterli yazıları oxucularına təqdim edir, həmyerlimizi lağa qoyur, onun gördüyü işlərə kölgə salmağa çalışırlar. Axı niyə? 

Araşdırmadan sonra məlum oldu ki, “DailyNord”  Fransada mənfur erməni lobisindən maliyələşən bir saytdır. Bundan sonra açıq şəkildə məlum olur ki, bu sayt nə üçün hər gün Hafiz Məmmədocdan yazılar yazır, onun əməyinə kölgə salmağa çalışır.

Məsələnin digər tərəfi isə ölkəmizdəki mətbuatla bağlıdır. Bəzi saytlar, qəzetlər isə hər dəfəsində “DailyNord”a istinad edərək ermənilərin yazılarını azərbaycanlı oxucuya təqdim etməklə, sanki böyük iş görmüş hesab edirlər özlərini. “Vətənpərvərlər”, yazırsız, yazın, amma bir erməninin həmyerlimiz barədə oxucusuna “sırışdırdığını” xalqa düzgün məlumat kimi təqdim etməyin. O, ermənidir, bəs siz?

İnanmaya bilərsiz, haqqınızdır, amma kiçik bir araşdırma aparsaz, buna əmin ola bilərsiz. “DailyNord” artıq erməni təbliğat maşınına çevrilib. Bu saytda kifayət qədər erməni təbliğatı ilə bağlı yazılara rast gələ bilərsiz. Amma ermənilərin əksinə olacaq heç nə tapa bilməzsiz. Çünki “DailyNord” məhz erməni lobisinin təblijat nəşridir.

stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43