Dünyadan

Futbol çempionatlarının reytinqi açıqlanıb: TPL neçənci pillədədir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya ölkələrinin futbol çempionatlarının reytinqini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu nominasiyada  Azərbaycan çempionatı 37-ci olub. Çempionatımız 421 xalla bu pillədə qərarlaşıb.

İlk sırada İspaniya La Liqası(1259 xal), ikinci sırada İtaliya A Seriyası (998) və İngiltərə Premyer Liqası üçüncü(958) pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43