Kateqoriyasız

“Gedib Hindistanı yenib,özümüzü aldatmamalıyıq” – Kamran Ağayev

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev  Qazaxıstanla yoldaşlıq oyunundan (0:1) sonra müsahibə verdi.

 – Türkiyədə yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan yığmasına məğlub oldunuz. Oyun haqda nə deyə bilərsiniz?

– Oyunun təzyiqinə əsasən deyə bilərik ki, o qədər də çətin görüş keçmədi. Qapıya vurulan ilk zərbədə müdafiədə boşluq oldu və dəxlisiz qol vurdular. Düşünürəm ki, o topun qapıya getməsinin qarşısını ala bilərdim. Hansı çətin top olursa olsun onun qapıya getməsinin qarşısını almağa borcluyuq. Ümumilikdə pis oynadığımızı demək olmaz. İkinci hissədə daha yaxşı oyun göstərdik. Sadəcə standart vəziyyətlərdə uduzrduq. Çünki bizdə futbolçular boydan balaca idi. Ancaq bir az tez fikirləşib, tez oynasaq nəticə əldə edə bilərdik.

– Bəzi epizodlarda hesab arasındakı fərq arta bilərdi. Hətta iki dəfə də tir komandamızı qoldan xilas etdi…

– İdmanda təsadüf nəticə vermək olmur. Ola bilər ki, idmançı təsadüfən məğlub olsun. Amma qələbə təsadüf olmur. Baş məşqçi oyundan əvvəl də bütün oyunçuları yoxlayır. Hansı şəraitdə olmasından asılı olmayaraq, millinin heyətinə zəif oyunçu gəlmir. Heyətdə ən yaxşılar var, amma əvəzolunmaz futbolçu yoxdur. Hər kəs meydançada normal oyun göstərdi. Tir epizodunda isə top aşağıdan gəlsə, bəlkə çıxarardım və ya qol olardı. Amma yuxarı getdi deyə tirə dəydi. Göz qabağında olan isə bizim minimal hesablı məğlubiyyətimiz oldu.

 Bir həftəlik təlim-məşq toplanışından sonra bu nəticə ədalətli oldu?

– Uğurlu nəticə qazanmaq üçün bu cür toplanışlar çox olmalıdır. Üstəlik daha güclü komandalarla oynamaq lazımdır. Çünki seçmə mərhələ və yoldaşlıq oyunları tam fərqlidir. Məsələn, Qazaxıstandan daha güclü komandalarla oynayıb öz gücümüzü göstərməliyik. Gedib Hindistanı udub özümüzü aldatmamalıyıq. Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq? Artıq ölkədən kənarda da qələbə əldə etmək lazımdır.

Newsport.az  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43