Kateqoriyasız

Bakı Olimpiya Stadionuna toy üçün çoxlu müraciət edilib

“Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edənlər çoxdur”.
 
İdmanxeber.com-un “Modern.az”a istinadən verdiyi məlumata görə, bu sözləri Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib.
 
O qeyd edib ki, müraciət edənlər olsa da, reallaşan toy yoxdur. “Hazırda real toy sifarişi yoxdur. Amma maraqlananlar çoxdur. Gəlirlər, məkana nəzər yetirirlər və qeyd edirlər ki, dəqiq tarix bilinəndə müraciət edəcəklər”.

C.Mehdiyeva bildirib ki, stadionda əsasən açıq səma altında toy etmək istəyənlər müraciət edirlər. “Havalar sərin keçdiyi üçün hələ ki, bu istəklərini gerçəkləşdirə bilmirlər. Əsasən açıq səma altında toy etmək istəyənlər yay fəslini gözləyirlər. Qiymətlərimiz münasibdir. Çünki biz yalnız məkan veririk. Qiymət qonaqların sayından asılıdır”.

Stadion təmsilçisi bildirib ki, onlara toy etmək üçün müraciət edənlər futbol fanatları və ya bu kimi toyları dünya təcrübəsində görmüş şəxslərdir. “Toyun gözəlliyi açıq havada olandır. Bizə müraciət edənlər sadəcə futbol fanatları və ya fərqli dünyagörüşlü insandır. Qeyd edirlər ki, Madriddə, Barselonada belə toy görüblər və öz toylarının da stadionda keçmək istəyirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43