Kateqoriyasız

Nelson Bonilla: “Mənim üçün statistika boş şeydir”

“Zirə”nin hücumçusu Nelson Bonilla Salvadorun “El Grafico” qəzetinə açıqlama verib.
 
İdmanxeber.com xəbər verir ki, 25 yaşlı forvard Hondurasla keçiriləcək cavab matçı haqda fikirlərini bildirib:
 
“İlk oyunda vacib qol vurdum. Bu oyunda da fərqlənməyə çalışacam. Düzdür, biz Hondurası səfərdə məğlub edə bilməmişik. Mənim üçün statistika boş şeydir. Mənim mentalitetim dəyişməyib. Hər zaman qol vurmaq və qələbə qazanmaq istəyirəm. Ümidliyik və qələbə qazanacağımıza inanıram”.
 
Qeyd edək ki, Salvador Honduras matçı 30 martda keçiriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43