Kateqoriyasız

Rasim Ramaldanov “Xəzər Lənkəran”a qarşı oynamayacaq

Hazırlığı davam etdirən “Sumqayıt”  bu gün “Kapitan Bank Arena”da növbəti məşqinə çıxıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, martın 30-da “Xəzər Lənkəran”la qarşılaşacaq Samir Abasovun komandasında zədəli futbolçu yer almır. Sadəcə sarı vərəqə limitini dolduran Rasim Ramaldanov bu görüşdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43