Kateqoriyasız

“Gələcəyə nikbin baxıram” – Yunis Hüseynov

“Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, heyətin gənclərdən təşkil olunmasına baxmayaraq, komandasından narazı olmadığını bildirib: “Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, bir oyun yaxşı oynayan kimi başını qaldırmasınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43