Kateqoriyasız

“Neftçi” üzərindəki qələbəyə çox sevinmə bilmirik”

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə qalib gələrək (3:2) cari mövsümdə ilk qələbəsini qazandıqları oyunla bağlı fikirlərini bildirib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o deyib:

– Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, sevinməyə çox imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43