Dünyadan

Hafiz Məmmədovun komandası Fransanın yüksək liqasında

“Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu Fransa ikinci liqasında sonuncu – 38-ci turda səfərdə “Bastiya” ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, autsaderi iki cavabsız qolla (2:0) məğlub edən “Lans” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.

16 may

Fransa ikinci liqası, 38-ci tur

23:30. “Bastiya” – “Lans” – 0:2

Qollar: Kolibalu, 7, 44


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43