Premyer Liqa

Hakimlərdən “Qəbələ” və “Qarabağ”a “hədiyyə”, “Sumqayıt”a “ilişmirlər” (STATİSTİKA)

Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünə yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, bitən mövsümdə (Premyer Liqa matçları) ən çox penalti vuran komandalar “Qarabağ” və “Qəbələ”di. Hakimlər Ağdam klubunun qapısına 5 penalti təyin edib ki, bunların da əksəriyyəti komanda iki topluq üstünlüyə malik olarkən verilib.

“Qəbələ” 7 penalti zərbəsi vurub. “Qırmızı-qaralar” uduzduqları matçların son dəqiqələrində hakimlərin təyin etdiyi penaltilərlə meydandan xalla ayrıla biliblər. 

Maraqlıdır ki, autsayder “Sumqayıt”ın qapısına hakimlər cəmi bir dəfə penalti təyin ediblər.

1. “Qarabağ”

Lehinə: 8 penalti

Əleyhinə: 5 penalti

2. “İnter”

Lehinə: 2 panelti

Əleyhinə: 3 penalti

3. “Qəbələ”

Lehinə: 7 penalti

Əleyhinə: 5 penalti

4. “Neftçi”

Lehinə: 3 penalti

Əleyhinə: 5 penalti

5. AZAL 

Lehinə: 6 penalti

Əleyhinə: 5 penalti

6. “Simurq”

Lehinə: 5 penalti

Əleyhinə: 4 penalti

7. “Xəzər Lənkəran”

Lehinə: 3 penalti

Əleyhinə: 4 penalti

8. “Sumqayıt” 

Lehinə: 3 penalti

Əleyhinə: 1 penalti

9. “Bakı”

Lehinə: 6 penalti

Əleyhinə: 6 penalti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43