İdman

“Hərbiçilər” buna 7-ci dəfə nail oldu

Rusiya Super Kubokunun qalibi məlum olub.

Həlledici görüşdə ÇSKA ilə “Lokomotiv” qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmadığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada 1 qol vuran ÇSKA qələbə qazanıb.

Klub bu qələbə ilə tarixində 7-ci dəfə Super Kubokunun sahibi  olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43