İdman

İbrahim Şehiç: “Hamınız gördünüz, “Qarabağ” dünyanın ən yaxşı komandasına qarşı mübarizə apara bilər”

“Gəlin, “Atletiko” ilə evdə və səfərdə keçirdiyimiz oyunları kənara qoyaq. Hələ də inana bilmirəm ki, biz Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Yatıram, daha sonra yuxudan oyanıb, gözlərimi ovuram ki, bu yuxudu, ya həyat?”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri xarici mətbuata açıqlamasında “Qarabağ”ın qolkiperi İbrahim Şehiç deyib. Çempionlar Liqasındakı çıxışlarına şərh verən “əlcək sahibi” “Atletiko” ilə keçirdikləri oyunlar haqda bunları deyib: “Hamınız gördünüz, “Qarabağ” dünyanın ən yaxşı komandasına qarşı mübarizə apara bilər. Uğurlu çıxışımız nə qədər davam edəcək, bunu deyə bilmərəm. “Atletiko” ilə səfər matçımız çox yaxşı alındı. “Çelsi”nin səfərdə 0:3 hesabı ilə məğlub olduğunu gördük. Bizim “Roma”ya 1:2 uduzmağımız yaxşı nəticədi”.

Bosniyalı qapıçı qrupda 3-cü yeri tutmaq üçün əllərindən gələni edəcəklərini də söyləyib: “3-cü yeri tutaraq Avropa Liqasına yollanmaq istəyirik. Komandamızda bolqar və ispan mütəxəssis var. Onlar baş məşqçiyə kömək edirlər. Meydana yaxşı kollektiv olduğumuzu dərk edərək çıxdıq. Artıq özümüzə tam əminik və tək istəyimiz var. Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparmaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43