İdman

İki qat Azərbaycan çempionu həvəskar liqada

“Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu haqda vitse-prezidenti Yaşar Seyidov xəbər verib. Onun sözlərinə görə, komanda 2016/17 mövsümün üçün birinci dəstəyə buraxılmasa da, fəaliyyətini dayandırmayıb.

“Hazırda bazamızda məşqlər davam etdirilir. Bir ay ərzində həvəskarlar arasında növbəti Azərbaycan çempionatı başlayacaq və “Bakı” o yarışda iştirak edəcək”.

Xatırladaq ki, “Bakı”iki dəfə (2005/2006 və 2008/2009 mövsümündə) Azərbaycan çempionu olub. 2015-ci ildə maddi vəziyyəti pisləşən klub birinci diviziona düşüb. 2016/17 mövsümündə isə komanda birinci diviziona da buraxılmayıb. AFFA buna səbəb kimi klubun tələb olunan bank təminatını ödəyə bilməməsini göstərib.(qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43