İdman

İlin ən yaxşıları açıqladı

Azərbaycan Güləş Federasiyası 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Mərasimdə AGF rəsmiləri, yığma komandaların üzvləri, idmançılar və məşqçilərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də KİV nümayəndələri iştirak edib.  

Mərasimdə çıxış edən AGF baş katibi Əjdər Cəfərov güləşçilərimizin 2014-cü ili uğurla başa vurduqlarını bildirib:

“Güləşçilərimizin bu il qazandığı nailiyyətlərə nəzər saldıqda medalların keyfiyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Belə ki, əgər güləşçilərimizin ötən il qazandığı medallardan 92-si qızıl idisə, bu il qızıl medalların sayı 102-yə yüksəlib. Qarşıda bizi I Avropa Oyunları, Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya çempionatı kimi ciddi sınaqlar gözləyir. Güləşçilərimizin hazırlığı üçün Federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Çalışacağıq ki, yığma komandalarımız bu mötəbər yarışlarda ölkəmizi uğurla təmsil etsin, bayrağımızı yüksəldib himnimizi səsləndirsin”.

Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb.

İlin ən yaxşı idmançısı

Sərbəst güləş üzrə  – Hacı Əliyev (Böyüklər arasında Dünya və Avropa çempionu)

Yunan-Roma güləşi üzrə – İslam Abbasov (gənclər arasında Dünya və Avropa çempionu)

Qadın güləşi üzrə – Səbirə Əliyeva (gənclər arasında Dünya çempionu)

İlin ən yaxşı məşqçisi

Sərbəst güləş üzrə – Əsgərxan Novruzov (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)

Yunan-Roma güləşi üzrə – Şaban Donat (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)

İlin ən yaxşı hakimi

Beynəlxalq dərəcəli hakim – Sədi Quliyev (Yeniyetmələrin II Olimpiya Oyunları)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43