l Divizion Ölkə futbolu

İmişli şəhər stadionu ilə bağlı qərar verildi – PFL açıqladı

Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion 1-ci Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.

Buna görə də “İmişli” komandası çempionatın görüşlərini bu arenada keçirə biləcək. “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2”yə qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43