Ölkə futbolu

“İnter” yalanladı: “Onun transfer qiyməti 1 milyon dollardı”

Türkiyənin Antalya şərəhində təlim-məşq toplantısında olan Bakının “İnter” klubu hazırlıqlarını davam etdirir.

“Bankirlər”in düşərgəsinə gəldiyi iddia olunan Rikardinyo ilə bağlı vəziyyətə klub rəsmi mövqe bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov idmanxeber.com-a verdiyi açıqlamada bu xəbərin yalan olduğunu bildirib:

“Biz Rikardinyo ilə maraqlanmırıq, bu yalan məlumatdı. Bilirsizmi ki, Rikardinyonun transfer qiyməti 1 milyon dollardı? Bizim düşərgəmizə belə bir futbolçu gəlməyib, çünki maraqlanmırıq”.

Qeyd edək ki, tam adı Rikardo Kavalkante Mendes olan futbolçu karyerasına vətənində – “Santo Andre” klubunda başlayıb. Onun son iş yeri isə Moldova “Şerif”i olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43