Kateqoriyasız

“İnter”i iki dəfə məyus edən futbolçu: “Arxayınlaşmamalıyıq”

“Atletik”in (Bilbao) futbolçusu Xavyer Ereso Avropa Liqasının üçüncü turunda Bakı “İnter”inə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, gecəki qarşılaşmada dubla imza atan ispan oyunçu  “İnter”in daha çox müdafiə olunduğunu vurğulayıb.

“İki qol vurduğum üçün xoşbəxtəm. Baş məşqçimin etimadını doğrultduğuma görə sevinirəm. Qolları ailəm və sevgilimə həsr edirəm.

Çünki süni örtüklü meydançada da istədiyimiz kimi oynaya bilərik. İlk oyunda 2:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq arxayınlaşmamalıyıq.  Çünki daha bir matçımız var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43