Premyer Liqa

“İnter”lə “Qəbələ” cəzalandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Azərbaycan  Premyer Liqasının IX turunun oyunlarında baş verənlər müzakirə olunub.

 
“Kəpəz” – “İnter” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək. AZAL – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.
 
“Sumqayıt” – “Qəbələ” qarşılaşmasında da qonaqlar xərcə düşüb. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan komanda 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Sadiq Quliyev klubunu 200 manat ziyana salıb. Futbolçunun özü 1 oyun kənarlaşdırılıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43