DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya yığması ciddi itkiylə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, yığmanın kapitanı Şeyms Koulman zədələnib. 33 yaşlı müdafiəçi məşqdə zədələndib və millinin düşərgəsinə yollanmayacaq.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.