Premyer Liqa

“Kəpəz” tam heyətlə hazırlaşır

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Zirə” ilə keçirilən oyundan (1:0) sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri dünən məşqləri bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, komanda qarşıdakı turda görüşəcəyi “Sumqayıt” ilə oyuna Bakıda hazırlaşır. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir.

“Kəpəz”in sabah olan məşqi saat 15:00-a təyin olunub.

Hazırlıq planına əsasən, komanda oyun öncəsi sonuncu məşqini martın 17-də saat 16:00-da Gəncə şəhər stadionunda keçirəcək. Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43