İdman

“Keşlə” “Qarabağ”ın futbolçusu ilə müqavilə bağladı

“Keşlə” daha bir əcnəbi futbolçu ilə müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, söhbət serbiyalı yarımmüdafiəçi Nemanya Stayanoviçdən gedir. Paytaxt təmsilçisi ilə 6 aylıq müqaviləyə qol çələn oyunçu, baxış müddətində özünü yaxşı tərəfdən göstərib.  24 yaşlı futbolçu son olaraq Avstriyanın Regional Liqasında çıxış edən Vyana “Qarabağ”ında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43