Kateqoriyasız

Komediya davam edir: Limit yenidən dəyişdirilir!

Azərbaycan Birinci Divizionunda limit yenidən dəyişdirilir.

İdmanxeber.com-un korner.az-a istinadən yaydığı xəbərə görə, növbəti mövsümdən komandaların əsas heyətində 1994-cü ildən sonra doğulmuş 8 yerli futbolçu oynamalı olacaq.

Bununla bağlı artıq klublara qeyri-rəsmi məlumat verilib. Qərarın yeni mövsümün startına qədər keçiriləcək AFFA İcraiyyə Komitəsinin gündəliyinə salınaraq təsdiqlənəcəyi bildirilir.

Qeyd edək ki, son mövsümdə limit 7+4 idi – komandalar meydanda 1993-cü ildən sonra doğulmuş 7 oyunçu ilə mübarizə aparırdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43