Kateqoriyasız

“Legiya” azarkeşləri Mahir Emreli dedi

Mahir Emreli Polşa “Legiya”sında ilin ən yaxşı legioneri seçilib.

İdmanxeber.az-n məlumatına görə, 24 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda 42 faisəslə qalib olub. Bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pekqart 19 faizlə üçüncü olub.

Mahir bu mövsüm “Legiya”da 33 oyunda 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43