Kateqoriyasız

Lənkəran klubu üçün bəd xəbər: Tounkara “Xəzər Lənkəran”dan ayrılır

“Bakı” ilə oyunda sıradan çıxan “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara əməliyyat olunacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Tounkaranın MRT cavabları Türkiyəyə yollanıb. 4 aylıq sıradan çıxan malili futbolçu qardaş ölkədə əməliyyat olunacaq.

Lənkəran klubunun legioneri bu həftə sonu Türkiyəyə yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43