Milli komanda

Lüksemburq yığmasının düşərgəsindən millimiz üçün şad xəbər

Millətlər Liqasında millimizlə qarşılaşacaq Lüksemburq yığmasında ciddi itkilər var.

İdmanxeber.az-ın məlumatına görə, yığmanın aparıcı futbolçularından Vensan Till ötən gün Almaniyanın 3-cü liqa təmsilçisi “Saarbrükken”lə yoxlama matçında (0:0) zədələnib. Onun millimizlə görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Jerson Rodriqeş də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.

Qeyd edək ki, Azərbaycan – Lüksemburq görüşü sentyabrın 5-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43