Premyer Liqa

Mahir Şükürov Lənkəranda acığını şüşələrdən çıxdı

Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la (2:2) görüşdə qələbənin son saniyələrdə əldən verilməsi “Neftçi” klubunun futbolçusu Mahir Şükürovu özündən çıxarıb. Əsəblərinə hakim ola bilməyən “ağ-qaralar”ın müdafiəçisi meydandan paltardəyişmə otağına gedən yoldakı qapının şüşələrini sındırıb.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43