Dünyadan

“Mançester Yunayted”in baş məşqçisi: “Mərhələni adlamaq şansımız çox yüsəkdir”

“Bu axşam döyüşən və cavab matçı üçün şansını saxlayan bir komanda olmaq istədik. Məncə, bunu bacardıq. Rəqib meydanında qələbə qazanaraq, mərhələni adlamaq şansımız çox yüsəkdir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi David Moyes ÇL-ın 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşmadan sonra deyib.

“Qırmızı şeytanlar”ın çalışdırıcısı cavab görüşü haqda da danışıb:

“Cavab görüşündə qol vurmağa məcburuq. “Bavariya” çox güclü rəqibdir. Səfərdə xüsusi bir taktika seçməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43