İdman

Məhəmməd Salah bu hərəkətinə görə cəzalanacaqmı? – FOTO

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Futbol Assosiasiyası tərəfindən mövsümün sonunadək cəzalandırıla bilər.

İdmanxeber.com-un məlumatına görə, misirli hücumçu Premyer Liqanın 36-cı turunda “Stok Siti” ilə oyunda rəqib futbolçusu Bruno Martinslə mübarizə zamanı əli ilə onun başına vurub.

Onun bu hərəkəti görüşün baş hakimi Andre Marrinerin gözündən yayınsa da, İngiltərə Futbol Assosiasiyasının bu epizodu araşdıracağı və lazımi qərar verəcəyi bildirilir.

Salaha 3 oyunluq cəza veriləcəyi gözlənilir. Bu isə o deməkdir ki, komandanın lideri “Brayton”, “Çelsi” və yeni mövsümün ilk oyununu buraxa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43